20:23 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (332)
20503

"Yoluxma sayının azalması üçün mediada ictimai qınaq məsələsi təbliğ edilməli, insanlara aşılanmalıdır ki, maska taxmamağa görə sizə irad bildirənlərlə kobud davranmaq, təhqir etmək sadəcə mədəniyyətsizlikdir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. SMS icazənin tətbiqi ilə bağlı bir qədər düşünməyə ehtiyac var. Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

"Öncə yoluxmanın tempini aşağı salmaq lazımdır. Qeyd edim ki, bu gün dünya üzrə yoluxma statistikalarına nəzər yetirdikdə Azərbaycanda koronavirusa qarşı dayanıqlı immunitetin formalaşması üçün yoluxmaların olma ehtimalı ilə bağlı uyğun rəqəmin yüzdə altmış olduğunu görə bilərik. Bu o deməkdir ki, hələlik ki, ölkəmizdə yoluxma potensialı çoxdur. SMS icazənin tətbiqi ilə bağlı bir qədər düşünməyə ehtiyac var", - o deyib.

Millət  vəkili bildirib ki, koronavirusa yoluxma bu templə davam edərsə, vəziyyəti ümumi qapanmalar şəklində deyil, lokal qapanmalar şəklində tənzimləmək olar: "Qırmızı zona” hesab olunan ərazilər, yoluxmanın daha çox olduğu və artdığı yerlər, müəyyən bir zonanın bir bölgəsində, kənd və qəsəbələrində lokal xarakterli qapanma tədbirlərini tətbiq etmək olar. Eyni yanaşmanı Bakının daha çox hansı ərazisində koronavirusa yoluxma tüğyan edirsə, o ərazilərində tətbiq etmək məqsədəuyğundur”.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə vəziyyəti nəzarətə almaq üçün SMS icazənin bərpasının vacibliyini vurğulayıb:

"SMS icazə bərpa olunmalı, "evdə qal" aksiyası aktivləşdirilməlidir. Bundan başqa, bəzi sərt addımlar da atılmalıdır. Qapalı məkanlarda maskasız gəzən şəxslərə kampaniya xatirinə yox, normal şəkildə cərimələr yazılmalı, risk məkanlarının (restoran, kafe, çay evləri, bərbərxanalar və s.) fəaliyyəti dayandırılmalı və ya məhdudlaşdırılmalıdır. Fəaliyyət göstərəcək bütün müəssisələrin fəaliyyəti TƏBİB-in müvafiq təlimatlarına uyğun davam etdirilməlidir".

"Qapalı məkanlarda, avtobuslarda  insanların maska taxması yalnız girişdə deyil, məkanın, avtobusun içində də təmin edilməlidir. Girişdə maska taxıb, içəri keçdikdən sonra maskanı boğaza endirənlər, biləyə keçirənlər, təsbeh kimi maska firladanlar da dərhal cərimələnməlidirlər", - deyə ekspert bildirib.

O qeyd edib ki, yoluxma sayının azalması üçün mediada ictimai qınaq məsələsi təbliğ edilməli, insanlara aşılanmalıdır ki, maska taxmamağa görə sizə irad bildirənlərlə kobud davranmaq, təhqir etmək sadəcə mədəniyyətsizlik, tərbiyəsizlikdir: "İnsanların, xüsusilə ziyalıların çəkinmədən maskasız şəxslərə irad tutmasının normal qəbul edilməsi üçün təbliğat vasitələri ilə zəmin yaradılmalıdır".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (332)
Teqlər:
cərimə, maska, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular