CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub.

BAKI, 9 noyabr — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkarlanıb.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti
0