08:00 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
3201

Azərbaycanda indiyədək ümumilikdə 65411 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 48908 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 65411 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 48908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15663 nəfərdir.

Ölkədə son sutka ərzində 11722, hazırkı dövrədək isə 1441230 test aparılıb.

Əsas mövzular