Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirusun ən dəqiq simptomları açıqlandı

© SputnikМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonoloqu Sergey Avdeevin sözlərinə görə, koronavirus xəstələrinin 90 faizində hərarət 37,5 dərəcədən yuxarı olur.

BAKI, 7 noyabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonoloqu Sergey Avdeev koronavirusun dəqiq simptomlarını açıqlayıb. O, bu barədə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində COVID-19-la bağlı keçirilən mətbuat konfransında məlumat verib. Sputnik Azərbaycan-nın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, baş pulmonoloq bildirib ki, koronavirus xəstələrinin 90 faizində hərarət 37,5 dərəcədən yuxarı olur.

"Mən ikinci yerdə ümumi zəifliyi və əzginliyi qeyd edərdim ki, xəstələrin təxminən 40 faizində belə hallar müşahidə olunub. Bundan başqa, virusa yoluxanların 40 faizində öskürək, 30 faizində nəfəs darlığı, 20 faizində baş ağrısı və təxminən 10 faizində boğaz ağrısı qeydə alınır", – deyə mütəxəssis bildirib.

Xəbər lenti
0