CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşəgötürənlər üçün iki aylıq "pəncərə" - amma pandemiya onu da bağlaya bilər

© AFP 2023 / JEAN-SEBASTIEN EVRARDСтетоскоп, фото из архива
Стетоскоп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "2021-ci ildə pandemiyanın minimumlaşdırılması mümkün olacaqsa, icbari tibbi sığortanın tətbiqinə başlanacaq".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Əmək Məcəlləsinə "İşçilərin icbari tibbi sığortası" adlı yeni maddənin əlavə edilməsi təklif olunur. Sputnik Azərbaycan xəbər verir ki, yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" qanun ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Dəyişiklik parlamentin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Yeni maddənin əlavə edilməsi ilə bağlı "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu, ardıcıl bir prosesdir və məcəlləyə edilən dəyişiklik texniki xarakter daşıyır:

"Bu, məcburi sığorta növü olduğu üçün əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə məlumatlar mütləq əksini tapmalıdır. Eyni zamanda işəgötürən əmək müqaviləsi bağlayarkən işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Artıq icbari tibbi sığortanın tətbiqinin ilkin mərhələsinə başlanılıb. Ona görə də bu kimi hallarda qanun pozuntusuna yol verən şəxslər, işəgötürənlər qarşısında öhdəlik müəyyən edilir".

"Cari ildə baş verən proseslər fonunda, ola bilər, icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqi məsələsinə yenidən baxılsın və dəyişikliklər edilsin. Fərdi sahibkarlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı nəzərdə tutulub, yəni aylıq 10 manat (illik 120 manat) müəyyən edilib. Pensiyaçıların, müharibə iştirakçılarının, şəhid ailələrinin və s. aztəminatlı sosial qrupların icbari tibbi sığorta haqqı dövlət büdcəsi tərəfindən kompensasiya olunur", - deyə ekspert qeyd edib.

Tibbi sığorta - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmək Məcəlləsinə tibbi sığorta ilə bağlı yeni maddə əlavə edilir

O bildirib ki, icbari tibbi sığortanın tətbiqi istiqamətində bəzi nöqsanlar var: "Sahibkarlıq subyektlərinin bu təcrübəyə və tələblərə öz fəaliyyətini uyğunlaşdırmasında gecikmələr və s. ilə bağlı nöqsanlar mövcuddur. Hazırda özəl sektor bu prosesə cəlb edilməyib və növbəti mərhələdə özəl sektorun prosesə cəlb edilməsi nəzərdə tutulur. Bu isə indiki halda xidmətlərə əlçatanlığı aşağı salır. Bütün bunlara baxmayaraq, böyük ehtimal, növbəti 2-3 il ərzində icbari tibbi sığorta ölkədə işlək mexanizmə çevriləcək, əhalinin tibbi xidmətlərə çıxış imkanları yaxşılaşacaq".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, icbari tibbi sığortanın ölkədə 2020-ci ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulurdu: "Amma pandemiya ilə bağlı olaraq icbari tibbi sığortanın tətbiqi 2021-ci ilin yanvarın 1-dək təxirə salındı. 2021-ci ildə icbari tibbi sığortanın ölkədə tətbiqi pandemiyadan asılı olacaq. Əgər 2021-ci ildə pandemiyanın minimumlaşdırılması mümkün olacaqsa, o zaman icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Amma hələlik qanunvericiliyə əsasən, icbari tibbi sığorta gələn ildən tətbiq olunmalıdır. Lakin bunun praktikada tətbiq edilib-edilməməsi pandemiyanın müddətindən birbaşa asılı olacaq. 2021-ci ilin dövlət büdcəsində hər vətəndaş üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulmuşdu. Dövlət praktiki olaraq məhz bu istiqamətdə təxminən 1 milyard manata yaxın vəsait ayırmağı planlaşdırırdı".

COVID-19-la mübarizəyə cəlb olunan həkimlərin maaşları necə hesablanır? Nazirlik açıqladı>>

Deputat bildirib ki, eyni zamanda icbari tibbi sığorta haqları müəyyənləşib: "Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Məsələn, vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa, 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən edilib".

"İcbari tibbi sığortanın tətbiqi mümkün olacağı halda bu istiqamətdə yenidən vəsait ayrılması nəzərdə tutulur. Amma bütün hallarda gələn il icbari tibbi sığortanın ölkədə tətbiq edilib-edilməməsi pandemiyanın müddətindən asılı olacaq", - deyə deputat əlavə edib.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, birinci mərhələdə icbari tibbi sığorta cari ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
COVID-19 xəstələri daha ağırlaşmış vəziyyətdə daxil olurlar - SƏBƏB

İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Xatırladaq ki, "Tibbi sığorta haqqında" qanunda deyilir ki, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur.

Xəbər lenti
0