CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş həkimə TƏBİB-də yüksək vəzifə verildi

© AFP 2023 / CRISTIAN HERNANDEZВрач в медицинской маске, фото из архива
Врач в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mübariz Ağayev TƏBİB-in Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin cənub ərazi bölməsi üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

BAKI, 5 noyabr — Sputnik. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev yeni vəzifəyə təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mübariz Ənvər oğlu Ağayev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin cənub ərazi bölməsi üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Ağayev bu təyinata qədər Lerik Rayon Mərkəzi Xəstəxananın baş həkimi olub. O, həmçinin, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavinidir.

Xəbər lenti
0