CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan əhalisi xəstəlikdən qırılır

© AP Photo / Dmitri LovetskyМедик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в в Санкт-Петербурге
Медик транспортирует пациента с подозрением на коронавирусную инфекцию в в Санкт-Петербурге - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 22 nəfər koronavirusdan ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1413-ə çatıb.

BAKI, 3 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 94776-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1328 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1413-ə çatıb. Xəstəlikdən sağalanların sayı 57599 nəfər olub. Hazırda bu ölkədə 35381 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 46,9 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0