16:09 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
25 0 0

Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib. Bu barədə TƏBİB-dən məlumat verilib.

 

BAKI, 2 noyabr — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib. Sputnik Azərbaycan-a bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirmişdir. Özəl tibb müəssisəsində çalışıb.

Əsas mövzular