CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsrail dünyanı xilas etməyi düşünür – sınaqlar bu gün başladı

© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File PhotoВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kliniki sınaqlar bir neçə ay çəkəcək və üç fazadan ibarət olacaq. İlk fazada 18-55 yaşlı 80 sağlam könüllü iştirak edəcək.

BAKI,  1 noyabr – Sputnik. İlk könüllüyə İsrailə məxsus koronavirus vaksini vurulub. Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.  

“Bioloji Tədqiqatlar İnstitutunun hazırladığı ilk vaksin “Şiba” xəstəxanasında ilk könüllüyə vurulub”, - məlumatda deyilir.

Bundan öncə bildirilmişdi ki, İsrail koronavirus vaksininin sınaqlarına noyabrın 1-dən başlayacaq.

Kliniki sınaqlar bir neçə ay çəkəcək və üç fazadan ibarət olacaq. İlk fazada 18-55 yaşlı 80 sağlam könüllü iştirak edəcək. Öncə iki könüllüyə peyvənd vurularaq reaksiyanın nəticəsi gözlənəcək, sonra isə digərləri peyvəndlənəcəklər. Hər bir könüllüyə iynə - vaksin və plasebo -  vurulacaq, bundan sonra bir neçə həftə ərzində onlar müşahidə altında saxlanılacaqlar.

İkinci fazaya dekabrda başlamaq nəzərdə tutulub, buraya 960 könüllü qatılacaq. İlk iki faza uğurla keçərsə, üçüncüsü gələn ilin aprel/may aylarında keçiriləcək və burada 30 min könüllü iştirak edəcək. Üçüncü mərhələ uğurla tamamlanarsa, vaksin kütləvi istifadə üçün təsdiq oluna bilər.

Xəbər lenti
0