04:44 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
25 0 0

Təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzarət edir.

BAKI, 6 oktyabr — Sputnik. Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarının davam etdiyi bir vaxtda cəbhəyanı bölgədə fəaliyyət göstərənlərin pandemiya təhlükəsinə qarşı tədbirli olması çox vacibdir. Bunu nəzərə alan “Avromed” şirkəti cəbhəyanı ərazilərə 10000 ədəd tibbi maska göndərib. Bu barədə şirkətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzarət edir.

Gücləndirilmiş rejimdə fəaliyyət göstərən qərargah yaradan şirkət bundan sonra da cəbhəyanı bölgələrə operativ şəkildə kömək etməyə hazır olduğunu bildirib.

Əsas mövzular