CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı

© AFP 2023 / ALEX HALADAТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda koronavirus infeksiyasından daha 142 nəfər sağalıb, 130 yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 142 nəfər sağalıb, 130 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib. Aktiv xəstə sayı 1599 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 137 min 121 test aparılıb. Bugünkü test sayı isə 4794-dur.

Xəbər lenti
0