CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmağa davam edirik

© AFP 2023 / FRED TANNEAUТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 40453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38217 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1642 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5248, ötən müddət ərzində isə ümumilikdə 1126538 test aparılıb.

Xəbər lenti
0