Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Pandemiya məktəblilər arasında zorakılıq hallarını artıra bilər

© pixabay / PavlofoxРука, сжатая в кулак, фото из архива
Рука, сжатая в кулак, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloqların fikrincə, uşaqların enerjisini faydalı işlərə yönəltmək lazımdır ki, bu, aqressiyaya çevrilməsin

BAKI, 2 oktyabr — Sputnik. Son vaxtlar məktəblilər arasında aqressiya hallarının artmasının səbəblərindən biri də koronavirus pandemiyası ilə bağlı tətbiq olunan izolyasiya tədbirləri ola bilər. Sputnik Azərbaycan-ın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bu nəticəyə psixoloqlar arasında keçirilmiş sorğudan sonra gəlinib. Mütəxəssislərin sözlərinə görə, uşaqların asudə vaxtının düzgün təşkili və onlar arasında yaranan münaqişəli vəziyyətlərin valideynlər tərəfindən vaxtında müdaxilə olunaraq aradan qaldırılması məktəblilərdə pandemiya nəticəsində yaranan stressin öhdəsindən gəlməyə kömək edə bilər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin neyro və patopsixologiya kafedrasının rəhbəri, psixologiya elmləri doktoru, professor Aleksandr Txostovun sözlərinə görə, əslində uşaqlar arasında öz yaşıdlarına qarşı aqressiya halları hər zaman müşahidə olunub. Mütəxəssis vurğulayıb ki, məktəblilər yol verilən hərəkətlərin sərhədini və bu sərhədin pozulması nəticəsində hansı cəzaya məruz qalacaqlarını bilirlər. Bununla belə, Txostovun fikrincə, müasir dünyada uşaqlar arasında baş verən münaqişələrin həlli üçün müvafiq tədbirlərin görülməsi sahəsində çatışmazlıqlar var ki, bu da məktəblilərdə aqressiya hallarının artmasına səbəb olur.

"Digər tərəfdən, koronavirus pandemiyası səbəbindən uşaqlar təxminən yarım il məktəbdən uzaq qaldılar, bu isə onlara yoldaşları ilə özlərini necə aparmalı olduqlarını unutdura bilər. Axı uşaqlar belə şeyləri tez yaddan çıxarırlar", – deyə mütəxəssis vurğulayıb.

Rusiyanın V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkoloji Mərkəzinin Uşaq və yeniyetmələr psixologiyası laboratoriyasının Baş elmi işçisi Yelena Dozortsova isə bildirib ki, pandemiya səbəbindən tətbiq olunan özünütəcrid tədbirləri həqiqətən də əlavə gərginlik və disbalans yarada və bu durum məktəblilərin davranışlarına öz təsirini göstərə bilər. Mütəxəssisin fikrincə, hər bir halda uşaqlar arasında zorakılıq hallarının artmasının qarşısını almaq üçün cəza tədbirlərinə əl atmaq doğru deyil: "Özünütəcrid tədbirləri zamanı uşaqların enerjisini daha faydalı işlərə yönəltmək lazımdır ki, bu enerji aqressiyaya çevrilməsin".

Xəbər lenti
0