CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

© Sputnik / Ibrahim HashimovTəbibdə iclas
Təbibdə iclas - Sputnik Azərbaycan
Abunə olmaq
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.

BAKI, 23 sentyabr — Sputnik. Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: "Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

R.Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: "İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək".

"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır", - Ramin Bayramlı deyib.

O, əlavə edib ki, hazırda seroloji testlər aparılır: "ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır".

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır" - TƏBİB-in sədri bildirib. Onun sözlərinə görə, yoluxmanın aradan qalxması qlobal gözləntidir:

"Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

Xəbər lenti
0