17:20 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
200 0 0

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1079519-a çatıb. Rusiyada pandemiya yayılandan 18917 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 890114-ə çatıb.

BAKI, 16 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 5670 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 132 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1079519-a çatıb. Rusiyada pandemiya yayılandan 18917 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 890114-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 29,5 milyonu keçib, 935 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular