10:51 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
122910

Nilufər Məmmədova bildirir ki, COVID-19 ilə mübarizənin bu gərgin vaxtında peyvəndə əks göstərişi olmayan şəxslərin qripə qarşı vaksinasiya olunmaları məsləhətdir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Koronavirus pandemiyasının yayıldığı bir vaxtda hər kəsi narahat edən məqam mövsümi viruslara yoluxma riskidir. Qarşıdan isə payız mövsümü gəlir. İnsanların qrip və ona bənzər xəstəliklərə yoluxma ehtimalı da artır.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) verilən məlumata görə, payızda ölkəmizə qrip əleyhinə vaksinlərin gətirilməsi və tətbiq edilməsi planlaşdırılır. Mütəxəssislər risk qrupunda olanların vaksinasiyaya cəlb edilməsini tövsiyə edirlər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin İnfeksion İşçi Qrupunun üzvü Süleyman Kamilov deyir ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır və təhlükəsizdir. Hətta hamilə qadınlara belə tövsiyə olunur. Vaksinasiya könüllü xarakter daşıyacaq. Müşahidələr isə onu göstərir ki, insanların vaksinasiya prosesinə münasibəti birmənalı deyil. Süleyman Kamilov bildirib ki, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bununla da orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Hartmut Boesener / IDT Biologika / Handout via Reuters

Sputnik Azərbaycan qripə qarşı vaksinlərin əhəmiyyətini araşdırıb. İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip virusundan əsas qorunma yolu vaksindir: “Qrip virusu hər il dəyişir. Buna görə də vaksinlər hər il əvvəlki ildə ən çox yayılmış qrip virusuna görə Ümumdünya Səhiyyə Təşkilatının məsləhəti ilə hazırlanır. Bu səbəbdən dolayı vaksinasiya əks göstəriş olmadığı təqdirdə hər il aparılmalıdır”.

İnfeksionist bildirirb ki, vaksinin sentyabr- oktyabr aylarında olması məsləhət görülür. Nilufər Məmmədovanın sözlərinə görə, vaksin sayəsində xəstəliyin ağırlaşmalarının qarşısı alınır: “Vaksinin qoruyuculuğu 70-90% dir. Vaksin olunması məsləhət olunan şəxslərə əsasən aşağıdakı kateqoriya aiddir. Buraya yaşı 65-dən çox olanlar, qocalar evində qalanlar, astma xəstələri, ürək-ağciyər xəstəliyi olanlar, şəkər xəstəliyi , böyrək xəstəliyi və immun sistemin xəstəliyi olanlar, uzun müddətli aspirin müalicəsi alanlar, qrip mövsümündə hamiləliyin 2-ci və ya 3-cü ayında olan qadınlar, tibbi personal, qocalar evində çalışanlar, QİÇS virusu daşıyanlar, aşırı piylənməsi olan şəxslər daxildir”.

Həkim bildirir ki, 6 aydan kiçik uşaqlar, hamiləliyinin ilk 3 ayında olanlar, yumurta allergiyası olanlar, yüksək allergiyası olanlar, əvvəlki qrip vaksini zamanı allergik reaksiyası olan şəxslərin vaksin olunması məsləhət deyil”.

Nilufər Məmmədova bildirir ki, COVID-19 ilə mübarizənin bu gərgin vaxtında peyvəndə əks göstərişi olmayan şəxslərin qripə qarşı vaksinasiya olunmaları məsləhətdir: “Qarşıdan gələn aylarda iki düşmənə qarşı mübarizə aparmaq çətin olacağını vurğulamaq istəyirəm. İnfluenza vaksini COVID-19 dövründə qripə yoluxduqda xəstəxanaya müraciət sayını və yatış müddətini qısaltmış olacaq”.

İnfeksionist bildirir ki, vaksin yalnız həkim müayinəsindən sonra tibb müəssisələrində olunmalıdır!

O ki, qaldı qripə qarşı vaksinlərin hansı ölkələrdən gətiriləcəyi, qiyməti, eləcə də ödənişsiz olub-olmayacağına, TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, bu hələlik məlum deyil.

Məlumat üçün qeyd edək ki, qrip “İnfluenza” adlı viruslar tərəfindən törədilən yoluxucu xəstəlikdir. Yüksək hərarət, şiddətli əzələ və oynaq ağrıları, halsızlıq, baş ağrısı, quru öskürək və s. kimi günlük həyat fəaliyyətinə ciddi təsir edən şikayətlərlə müşahidə olunur. Qrip payız və qış aylarında daha çox rast gəlinir. Qripə səbəb olan influenza virusunun A, B, C tipləri var. C tipi insanlarda xəstəlik törətmir. A tipi daha yüngül gedişlidir. B tipi isə uşaqlarda daha çox görülür. Qrip virusu bəzi illərdə çox sayda yoluxmalara səbəb ola bilir. Xəstəlik xəstə insanların tənəffüs sekresiyalarının sağlam insanlara yoluxması nəticəsində yayılır. Xəstəliyin gizli dövrü 1- 3 gündür. Qrip xəstələri simptomlar başlamazdan 1 gün əvvəl xəstəliyi digər şəxslərə yoluxdurmağa başlayırlar və təqribən 5 gün yoluxduruculuq davam edir. Uşaqlarda yoluxduruculuq 10 günə qədər uzana bilər.

Əlaqədar

Qrip və koronavirus – Fərq nədədir  
Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin
Çinli alimdən dəhşətli xəbərdarlıq: Koronavirus qrip kimi yayıla bilər
Pnevmoniya, qrip, zökəm – infeksiyalardan qorunmaq üçün ...
Teqlər:
COVID-19, peyvənd, vaksinasiya, vaksin, qrip

Əsas mövzular