CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxdu

© AFP 2023 / SANJAY KANOJIAТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb

BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.

Xəbər lenti
0