06:47 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
2501

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 6 sentyabr - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda xəstələrin 130-u reanimasiyadadır.

Məlumata əsasən, 11 xəstə isə süni tənəffüs cihazına qoşulub. Hazırda ümumilikdə 2 076 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.

Əsas mövzular