Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İsti günlərdə daha çox maye qəbul edilməlidir

© Depositphotos.com / SimplyДевушка пьет холодную воду из питьевого фонтанчика
Девушка пьет холодную воду из питьевого фонтанчика - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkərsiz içilən yaşıl çay və itburnu kimi bitki çaylarının tərkibində antioksidant və С vitamini olduğuna görə isti aylarda istifadəsi lazım olan mayelərdir.

BAKI, 6 sentyabr — Sputnik. İsti yay günlərində çoxlu su içilməsi təbiidir. Həkimlərin dediyinə görə, isti havalarda gün ərzində 2-2,5 litr maye qəbul edilməsi normal haldır. Qazlı, buzlu və şəkərli içkilər isə mayeyə olan tələbatı aradan qaldırmaq əvəzində susuzluğu daha da artırır. Mütəxəssislər maye itkisinin qarşısını almaq üçün ev şəraitində hazırlanan içkilərə üstünlük verməyi tövsiyə edirlər.

Həkim-fitoterapevt, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov AZƏRTAC-a deyib: “Vitamin dəyərlərinin nizamlanması üçün meyvə şirələri hazırlanandan sonra tez içilməlidir. Kalium, kalsium və fosfor tərkibli meyvə suları isti havalarda maye itkisinin qarşısını alır. Təzə sıxılmış meyvə sularını çox saxlamaq olmaz. Smuzilər də sərinləşdirici içkilər sayılır. Donmuş və əzilmiş meyvələrdən hazırlanan smuzilər daha faydalıdır”.

İsti havalı günlərdə maye daha çox qəbul edilməli, su və ayran kimi xeyirli içkilərə üstünlük verilməlidir. Şəkərsiz içilən yaşıl çay və itburnu kimi bitki çaylarının tərkibində antioksidant və С vitamini olduğuna görə isti aylarda istifadəsi lazım olan mayelərdir.

Həkim-fitoterapevt deyib: “Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır. Soyuq su ilk növbədə ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir, eyni zamanda, həzm sisteminin funksiyası pozulur. Xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və nəticə etibarı ilə piylənməyə səbəb olur. Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə suyun temperaturuna fikir vermək, istilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır.

Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və karies yaranır”.

Xəbər lenti
0