Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sevişərkən maska taxın: Kanadanın baş həkimi məsləhət görür

© Depositphotos.com / PxhidalgoДевушка в респираторе
Девушка в респираторе - Sputnik Azərbaycan
Abunə olmaq
"Virusa yoluxma və onu yayma riskini minimuma endirmək üçün edə biləcəyiniz bəzi şeylər var. Öpüşməkdən çəkinin, üz-üzə təmasdan qaçının, ağzınızı və burnunuzu bağlayan maska taxın", – Tereza Tem bildirib

BAKI, 3 sentyabr — Sputnik. Cinsi əlaqə zamanı özünüzü koronavirusa yoluxmaqdan qorumaq üçün öpüşməyin və maska taxın.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, belə bir məsləhəti Kanadanın Baş həkimi Tereza Tem verib.

Tereza Tem bildirib ki, seks zamanı orqanik mayelər vasitəsilə COVID-19-a yoluxmaq riski azdır, lakin yeni tərəfdaşlarla cinsi fəaliyyət, xüsusilə də öpüşmək kimi sıx əlaqə yoluxma riskini artırır.

"Virusa yoluxma və onu yayma riskini minimuma endirmək üçün edə biləcəyiniz bəzi şeylər var. Öpüşməkdən çəkinin, üz-üzə təmasdan qaçının, ağzınızı və burnunuzu bağlayan maska geyinin və hər hansı bir cinsi fəaliyyətdən əvvəl özünüzün və tərəfdaşınızın simptomlarını yoxlayın", - Tem bildirib.

Sentyabrın 1-nə olan məlumata görə, Kanadada COVID-19-a 129425 yoluxma və 9132 ölüm halı qeydə alınıb. Yeni gündəlik yoluxma halları pik göstəricilərdən aşağıdır, lakin son zamanlar Kanadanın bəzi qərb əyalətlərində yoluxma sayının artmasına səbəb olan artım müşahidə olunur.

Xəbər lenti
0