CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxma sayında yenə artım və ölənlər var

© AFP 2023 / PEDRO PARDOПробирка с тестом на коронавирус, фото из архива
Пробирка с тестом на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 36 578 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qeyd edək ki, dünən bu say müvafiq olaraq 126 və 144 idi.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (avqustun 31-də 3 nəfər) vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 36 578 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir. Ölkədə son sutka ərzində 6 597, hazırkı dövrədək isə 928 666 test aparılıb.

Xəbər lenti
0