Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusa yoluxub-yoluxmadığınızı bilmirsinizsə, bu əlamətlərə diqqət edin

© AFP 2023 / TOLGA AKMENДомашний набор для тестирования на коронавирус, фото из архива
Домашний набор для тестирования на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar göstərir ki, qoxubilmənin itməsi COVID-19 xəstələrinin təxminən 27 faizində müşahidə olunur.

BAKI, 30 avqust — Sputnik. Bütün dünya üçün böyük kabusa çevrilən COVID-19-la bağlı alimlər tərəfindən araşdırmalar davam etdirilir. Bu dəfə də alimlər COVID-19-a yoluxduğundan xəbərsiz olan şəxslərdəki müəyyən əlamətləri aşkarlayıblar.

Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün bir çox ölkələrdə asimptomatik xəstələr olduğundan onlar əslində test edilməyənəcən yoluxub-yoluxmadıqlarından xəbərsiz olurlar. Məsələn, ABŞ-da xəstələrin 40 faizini belə şəxslər təşkil edib. Alimlərin apardıqları araşdırma nəticəsində və ötən ilin sonlarında laboratoriyadan götürülən nümunələrə əsasən bəlli olub ki, ABŞ-da deyildiyi kimi bu virus cari ilin fevral ayında deyil, elə ötən ilin sonlarında yaylmağa başlayıb. Sadəcə olaraq havalar çox soyuq olduğundan insanlar bunu mövsümi xəstəlik zənn ediblər. Alimlər deyir ki, hətta bu xəstəlikdən sağaldıqdan bir müddət sonra da onlarda nəfəs darlığı, təxminən 2 ay müddətində güclü yorğunluq müşahidə edilir. Alimlər tövsiyə edir ki, əgər nəfəs darlığı, şiddətli baş ağrısı, mədə və bağırsağın fəaliyyətində hər hansı pozğunlu yaşanarsa bu zaman COVID-19-dan test edilməlidirlər.

Digər əlamət isə özünüzü yaxşı hiss etməyə rəğmən dadbilmə və qoxu hissetməni itirməklə bağlıdır. Bu əlamətlər də COVID-19-a yoluxduğunuzu göstərə bilər. Araşdırmalar göstərir ki, qoxubilmənin itməsi COVID-19 xəstələrinin təxminən 27 faizində müşahidə olunur. Onlarda 7-10 gün ərzində artıq müsbətə doğru dəyişiklik müşahidə edilir. Alimlər deyir ki, digər respirator viruslar zamanı da müvəqqəti olaraq qoxubilmə və dadbilmənin itməsi müşahidə olunsa da, həmin xəstəliklərdə bu çox qısa müddətdə olur. Lakin COVİD-19 xəstələrində bu əlamətlərin itməsi 1 ayadək də davam edə bilər.  Bundan başa, xəstəlik müddətində saç tökülməsinin artması da COVID-19-dan qaynaqlanan streslə əlaqədar ola bilər.

Bu yeni virus olduğundan alimlər hesab edir ki, daha fərqli əlamətlər də müşahidə edilə bilər. 

Xəbər lenti
0