07:53 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
19 0 0

Artıq 300-dək şəxsdə seroloji testlərə başlanılıb və yaxın müddətdə bunun nəticəsi açıqlanacaq. Yaxın günlərdə bu testlərin rayonlarda da təşkili nəzərdə tutulur.

BAKI, 29 avqust — Sputnik. "Seroloji testlərlə kimlərin bu virusa yoluxub-yoluxmadığını və onlarda anticisimlərin aşkarlanması prosesinə başlanılıb. Bizə laızm olan odur ki, hazırda əhalinin neçə faizi bu xəstəliyə yoluxub. Bununla biz karantin rejimində də dəyişiklik edə bilərik. Yəni, bilsək ki, əhalinin böyük, yaxud müəyyən hissəsi bu virusa yoluxub, onların qan zərdabında anticisimlər var, bu zaman karantin rejimini yumalda bilərik".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

O bildirib ki, artıq 300-dək şəxsdə seroloji testlərə başlanılıb və yaxın müddətdə bunun nəticəsi açıqlanacaq. Yaxın günlərdə bu testlərin rayonlarda da təşkili nəzərdə tutulur.

Əsas mövzular