17:20 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
1856 0 0

Koronavirusu yüngül keçirilənlərin 10, ağır keçirənlərin isə 20 gündən sonra başqa şəxsi yoluxdurma ehtimalı yoxdur

BAKI, 21 avqust - Sputnik. “Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.

Əsas mövzular