CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu üsulla COVID-19 xəstələrinə daha dəqiq diaqnoz qoyulur - Mütəxəssis danışır

© AFP 2023 / JEAN-FRANCOIS MONIERСотрудник лаборатории, фото из архива
Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Həkim məsləhəti" rubrikasında PZR laboratoriyanın həkim laborantı Səbinə İbrahimova "COVID-19 diaqnostikası necə aparılmalıdır?" sualını cavablandırıb

BAKI, 17 avqust — Sputnik. Pandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin diaqnostikası, epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası və müalicəsi çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Hospitalının PZR laboratoriyanın həkim laborantı Səbinə İbrahimovanın sözlərinə görə, yeni koronavirus infeksiyasına yoluxmada şübhəli bilinən insanlarda diaqnoz kliniki əlamətlərin, epidemoioloji anamnezin və müsbət laborator nəticələrin əsasında qoyulur. COVID-19 xəstəliyinin spesifik laborator diaqnostikası Polimeraz Zəncir Reaksiyası (PZR) üsulu ilə aparılır: "Kliniki əlamətlərdən asılı olmadan, əgər PZR metodu vasitəsi ilə müsbət nəticə əldə olunursa, bu SARS-CoV-2 RNT tərkibli virusun mövcud olduğunu göstərir və beləliklə insanın potensial infeksiya mənbəyi olub-olmaması sualına cavab verir. Spesifik PZR diaqnostikası fiziki müayinədən başlayır. Fiziki müayinə vasitəsilə yuxarı tənəffüs yollarının görünən selikli qişalarının müayinəsi, termometriya və xəstənin vəziyyətinin ağırlıq dərəcəsi təyin edilir".

"Xəstənin laborator nəticəsinin keyfiyyətli olması nümunələrin düzgün yığılmasından, onların laboratoriyaya operativ çatdırılmasından və laborator testləşdirməyə qədər saxlanılmasından asılıdır. Müayinə materialları kliniki simptomların əmələ gəlməsindən 7 gündən gec olmayaraq yığılmalıdır. SARS-CoV-2 virusunun aşkarlanması ilə bağlı aparılan əks transkripsiyalı PZR metodu virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur və insanda virusun çox az miqdarda olan genetik materialını (RNT) belə aşkar etməyə imkan verir", - deyə o əlavə edib.

Digər immunoferment analizi metodu Ig M anticisimlərin-orqanizmin virusa qarşı ilk immun reaksiyası zamanı ortaya çıxan və xəstəliyin davam etdiyi göstərən ən erkən anticisimlərdir: "Ig G anticisimləri virusa yoluxmuş insanlarda sonra yaranır və uzun müddət qalır. Bu, formalaşmış immuniteti və pasiyentin xəstələnib-sağalmasını göstərir. COVID-19-un düzgün və superetibarlı laborator diaqnostikası üçün üç növ laboratoriya analizi- PZR metodu, Ig M və Ig G anticisimlərin təyini aparılmalıdır".

"Bu tədqiqatlar həkim tərəfindən digər diaqnostik metodlarla kompleks tətbiqdə aparılır. İmmunoglobulin M (Ig M) olması xəstənin koronavirus infeksiyasına yoluxduğunu göstərir. Bundan əlavə, PZR diaqnostikasının nəticəsi müsbət çıxırsa, pasiyentin COVID-19 xəstəsi olduğuna 100% əmin oluruq. Qeyd edim ki, bu üç laboratoriya diaqnostikasının kombinasiyası 100% diaqnoz qoymağa imkan verir", - deyə mütəxəssis bildirib.

Xəbər lenti
0