22:33 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
107601

Son aylar ərzində yeni tip koronavurusun yaranmasının müxtəlif versiyaları irəli sürülürdü. Buna rəğmən, Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, yekun söz demək mümkün deyil

BAKI, 16 avqust — Sputnik. Yeni tip koronavirusun insan orqanizminə adaptasiyası, mümkündür ki, 2012-ci ildə baş verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazır.

Virusoloq Conatan Lathem və bioloq Ellison Uilsonun tabloiddə dərc olunmuş  məqaləsində deyilir ki, onlar Çinin Yunnan vilayətindəki şaxtanı iki həftə ərzində yarasaların ifrazatından təmizləyən kömürçüləri müalicə edən həkimin yazılarını aşkarlayıblar. 

Xəstələrdə COVID-19-a xas olan əlamətlər – pnevmoniya, quru öskürək, ətraflarda ağrı və yüksək temperatur - müşahidə olunub. Pasiyentlərin ağciyərlərini süni ventilyasiya etmək lazım gəlib, altı işçidən üçü dünyasını dəyişib.

Kömürçülərin analiz nümunələrini Uhandakı laboratoriyaya göndəriblər. Orada isə müəyyən edilib ki, onlar atipik pnevmoniyaya bənzəyən koronavirusa yoluxublar. Beləliklə, tədqiqatçılar qeyd edirlər ki, COVID-19-un insan orqanizminə adaptasiyası hələ 2012-ci ildə baş veribmiş.

Son aylar ərzində yeni tip koronavurusun yaranmasının müxtəlif versiyaları irəli sürülürdü. Buna rəğmən, Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, yekun söz demək mümkün deyil, çünki infeksiya elə də yaxşı öyrənilməyib. Ekspertlər araşdırmaları davam etdirirlər.

Son məlumatlara görə, dünyada SARS-CoV-2  yeni tip koronavirusuna yoluxanların sayı 21 milyonu, virusun səbəb olduğu COVID-19 xəstəliyindən ölənlərin sayı isə 761 mini ötüb.

Əlaqədar

Braziliyadan göndərilən dondurulmuş toyuqlarda koronavirus aşkarlandı
Əla xəbər: Son sutkada Azərbaycanda koronavirusdan ölən olmayıb
Rusiyada koronavirus peyvəndinin istehsalı başladı
Rusiyanın koronavirus vaksininə ən vacib reaksiya
Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası
Teqlər:
Uhan, virus, Çin, Koronavirus, COVID-19

Əsas mövzular