14:03 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (479)
110121

Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir"

BAKI, 14 avqust — Sputnik. Rusiya koronavirus əleyhinə peyvəndin yaradılması ilə bağlı Birləşmiş Ştatlara kömək təklif edib, lakin amerikalılar bundan imtina ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən rusiyalı məmur CNN telekanalına açıqlamasında bildirib.

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Ruptly / РФПИ / WHO / Дмитрий Куракин/Пресс-служба Минздрава России

Kanalın mənbəsi qeyd edib ki, Rusiya ABŞ-ın vaksin hazırlanmasına yönəlmiş "Supersəs sürət" layihəsi çərçivəsində bu ölkəyə "misli görünməmiş əməkdaşlıq" təklif edib. Lakin məlum olub ki, ABŞ Rusiyanın tibbi layihələri üçün "açıq" deyil.

"Rusiyaya qarşı ümumi inamsızlıq hiss olunur və biz hesab edirik ki, vaksinlər, testləşdirmə və müalicə daxil olmaqla bu texnologiyaları ABŞ məhz inamsızlığa görə qəbul etmir", - deyə yüksəkvəzifəli rusiyalı məmur bildirib.

Rusiya rəsmi dairələri telekanala bildiriblər ki, Rusiya Federasiyası vaksin haqqında informasiya mübadiləsinə hazırdır. Bu, ABŞ farmakoloji şirkətlərinə ABŞ-da vaksin istehsal etməyə yardım edə bilər.

Mənbə qeyd edib ki, vaksin amerikalıların həyatını xilas edə bilər və Vaşinqton buna görə vaksini "qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir":

"Əgər bizim vaksin ən effektiv vaksinlərdən biri olsa, onda suallar meydana çıxacaq: Niyə ABŞ bu imkanı öyrənmədi, niyə siyasət vaksinin yoluna çıxdı".

Bu arada ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, ABŞ-da Rusiya vaksini "tam hazırlanmış hesab olunmur və ona görə də Amerikada ciddi maraq doğurmayıb".

"ABŞ onu heç meymunlar üzərində sınamayacaq, o ki qaldı insanlar üzərində", - deyə adı çəkilməyən ABŞ məmuru bildirib.

Öz növbəsində RF Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib ki, Rusiya COVID-19 əleyhinə vaksinin hazırlanması sahəsində ABŞ-a heç bir rəsmi təklif göndərməyib.

Xatırladaq ki, avqustun 11-i Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

Mövzu:
Dünyanı cənginə almış bəla (479)

Əlaqədar

İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"

Əsas mövzular