Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yaşıl ümidlərin cücərməsi – və ya bəlanın sonunun anonsu

© AFP 2023 / JENS SCHLUETERМодель SARS-CoV-2, известная как новый коронавирус
Модель SARS-CoV-2, известная как новый коронавирус  - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin, regionun, şəhərin və ya kəndin harada olmasında asılı olmayaraq heç vaxt COVID-19 xəstəliyinin qarşısını almaq gec deyil.

BAKI, 11 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bəyan edib ki, dünyada xeyli sayda yoluxmaların olmasına baxmayaraq koronavirusla mübarizədə ümid işartıları var. Bu barədə Sputnik Azərbaycan ÜST-ün mətbuat xidmətinə istinadən xəbər verir.

"Mən bilirəm ki, sizlərdən çoxu üzülür və bu dünya üçün çox çətin andır. Lakin mən bir şeyi aydınlaşdırmaq istəyirəm: ümidlərin cücərməsi var və ölkənin, regionun, şəhərin və ya kəndin harada olmasında asılı olmayaraq heç vaxt COVID-19 xəstəliyinin qarşısını almaq gec deyil", - deyə Qebreyesus qeyd edib.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 20 090 541 milyonu keçib.

Məlumata əsasən, virusa yoluxmuş 736 208 nəfər vəfat edib, 12 281 862 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 094 min 394 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 890 799 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0