Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır

© Sputnik / Nigar IskanderovaTəchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev
Təchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanada hər şey həkimlə bərabər anbardan, mal və məhsulların saxlanma yerindən də asılıdır. Bir sözlə, xəstəxana işinin idarə olunmasında bu şöbələrin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 avqust— Sputnik. Sərt karantin rejimi bəhrəsini verir. Bir müddət öncə yeni yoluxanların sayı az qala gündəlik 600 nəfərə çatırdı. Bu gün isə yoluxan sayı 200-dən də aşağı düşüb.

Paralel olaraq xəstəxanadakı xəstələrimizin sayı da azalıb. Artıq xəstəxanalarda müalicə alan xəstələrin sayı da 5 mindən aşağı düşüb.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sevindirici statistika: Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azalıb

Sözsüz ki, xəstələrə ilk növbədə dəqiq diaqnoz, həkim müayinə və müalicəsi, qulluğu tələb olunur. Amma xəstənin sağalması maddi təchizatsız da mümkün deyil. Belə demək olarsa, xəstəxanada hər şey həkimlə bərabər anbardan, mal və məhsulların saxlanma yerindən də asılıdır. Bir sözlə, xəstəxana işinin idarə olunmasında bu şöbələrin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir.

Maraqlıdır, COVID-19 xəstələrinin müalicəsinə cəlb olunan xəstəxanalarda bu iş necə qurulur? Sputnik Azərbaycan bu məqsədlə Mərkəzi Gömrük Hospitalındakı vəziyyətlə tanış olub.

Mərkəzi Gömrük Hospitalının alqı-satqı və təchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı və əczaçılıq elmləri namizədi Fərid Əliyev hospitalın COVID-19 xəstələrini 11 iyundan etibarən qəbul etməyə başladığını diqqətə çatdıraraq, artıq maydan etibarən belə xəstələrin qəbuluna hazırlaşdıqlarını söylədi: "Hospitalın daxili bölmələri müxtəlif zonalara bölünmüşü. Hospitalda qırmızı, yaşıl zona da var. Qısa müddət ərzində bizə Dövlət Gömrük Komitəsi tərəfindən böyük dəstək göstərilib. DGK yardımı ilə biz müxtəlif cihazlar, o cümlədən ECMO, süni tənəffüs cihazları, ekspress analizlər aparmaq üçün qan qazı analizatorları, xəstə başı monitorlar, videolarinqoskoplar və s. tibbi texnika, personal üçün fərdi qoruyucu vasitələr, dərman vasitələri əldə etmişdik. Çox qısa müddətdə hospitalda 2-ci sinif təhlükəsizliyə cavab verən PZR laboratoriya təşkil olundu. Bu laboratoriya PZR testləri aparmaq üçün ən müasir avtomatik ekstraksiya cihazına malikdir. PZR testləri iki cür dəstlərdən ibarətdir: ekstraksiya və amplifikasiya üçün testlər. Bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan Almaniya istehsalı olan testlərdir. Bu testlər yüksək dəqiqliyə malikdirlər. Beləcə, hazır vəziyyətdə COVID-19 xəstələrinin qəbuluna başladıq".

© Sputnik / Nigar IskanderovaTəchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır - Sputnik Azərbaycan
Təchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev

"Bizim şöbəmiz alqı-satqı və təchizat adlanır. Satınalma bölməsində çalışan işçilərin əsas vəzifəsi sifariş olunacaq malları müəyyən etmək, siyahılar hazırlamaqdır. Malların parametrləri, sayı dəqiqləşdirildikdən sonra sifarişlər verilir. Bu zaman ən münasib qiymət, keyfiyyət və çatdırılma şərtləri təklif edən şirkət müəyyən edilir. Bölmədə malın növündən asılı olaraq işçilərin işi qurulur. Məsələn, dərman və reaktivlərə bir mütəxəssis, tibbi avadanlıqlar və ehtiyat hissələrinə digər, ərzaq və təsərrüfat mallarına isə başqa şəxs cavabdeh olur. Bu ixtisaslaşma bölgüsü işin daha da səmərəli yerinə yetirilməsinə imkan yaradır. Anbar bölməsi isə daxil olan malların qəbulunu, anbarda yerləşdirilməsini və düzgün şəraitdə saxlanmasını təmin edir", - deyə həmsöhbətimiz əlavə edib.

Onlar həmçinin bu malların vaxtında şöbələrə paylanmasına cavabdehdirlər. Texniki servis bölməsi isə avadanlıqların daim işlək vəziyyətdə olmasına nəzarət edir. Onlar tərəfindən avadanlıqlara mütəmadi, vaxtaşırı olaraq texniki baxış keçirilir, sıradan çıxmış cihazlar təmir edilir. Bu bölmənin işçiləri 24 saat iş başındadırlar. Nəzərə alsaq ki, tibbi texnikanın sıradan çıxması xəstənin həyatına birbaşa təhlükə yaradır, onların işinin nə qədər əhəmiyyətli olduğunu daha aydın anlamaq olar: "Bir sözlə, biz hospitalın effektiv fəaliyyət göstərməsi üçün hər bir malın, divarda asılan saatın batareyasının alınmasından tibbi tullantılar üçün xüsusi paketlərin aidiyyəti üzrə verilməsinədək üzərimizə düşən öhdəlikləri həyata keçiririk. Gün ərzində təxminən 5-6 dəfə hospitala müxtəlif təyinatlı mallar çatdırılır. Xəstələrin ərzaqla da təminatı bizim tərəfimizdən aparılır. Ərzaq təminatında DGK bizə dəstək olur. Ərzaq təminatının öz xüsusiyyətləri var, belə ki, elə ərzaqlar var ki, onlar gündəlik, elələri də var ki, iki gündən bir gətirilir. Həftədə və ayda bir dəfə gətirilən ərzaqlar da var".

© Sputnik / Nigar IskanderovaTəchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır - Sputnik Azərbaycan
Təchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev

F.Əliyev deyir ki, Dövlət Gömrük Komitəsi fərdi qoruyucu vasitələrin təchizatında da bizə böyük dəstək olub. Xəstəxanada çalışan heyət keyfiyyətli kombinezonlar, N95 maskalar, eynəklərlə təmin olunub.

Maraqlıdır, gündəlik tibbi tullantılar nə qədərdir və onlar necə idarə olunur? Həmsöhbətimiz hospitalda iki cür tullantının olduğunu deyir: "Bu tullantılar məişət və tibbi olmaqla iki qrupa ayrılır. Məişət tullantıları nisbi təhlükəsiz sayılır və xəstəxanamızda onlar qara paketlərə yığılır, İcra Hakimiyyətinin müvafiq strukturu tərəfindən hospitaldan götürülür. Tibbi tullantıların idarə olunması isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Bunun üçün şöbələrdə tibbi tullantılar üçün qırmızı rəngdə paketlər ayrılıb. İki gündən bir olan tibbi tullantıların həcmi 4-6 kubmetr olur ki, bu da 400-500 kiloqrama yaxın tullantıdır, daha sonra bu tibbi tullantılar TƏBİB tərəfindən ayrılan maşınlarla ərazidən uzaqlaşdırılır".

© Sputnik / Nigar IskanderovaTəchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır - Sputnik Azərbaycan
Təchizat şöbəsinin rəisi, tibb xidməti kapitanı Fərid Əliyev

Belə bir şəraitdə, gərgin rejimdə çalışan xəstəxana üçün əsas çətinliklərin nədən ibarət olması da sual doğurur: "Pandemiya dövrüdür, bəzi mallara tələbat artdığı üçün onlara əlçatanlıq da çətinləşir. Bəzən olur ki, bizdən asılı olmayan səbəblərə görə, malın təchizatı ləngiyir. Tibbi təyinatlı mallar içində çox çətin tapılanlar da var. Hətta, həmin mal ölkədə olmadığı halda çalışırıq ki, onu xaricdən gətirdək. Eyni zamanda biz anlayırıq ki, malların ən tez zamanda çatıdırılması sözün əsl mənasında həyati vacibdir. Yəni, əsas çətinliklərimiz bundan ibarətdir".

Xəbər lenti
0