15:18 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
26 0 0

Myasnikov deyir ki, bəzi ölkələrdə sinifləri fermalara ekskursiyaya aparırlar ki, uşaqlar  inək, keçi və ya atlarla ünsiyyətdə ola bilsinlər

BAKI, 2 avqust — Sputnik. Rusiyanın tanınmış həkimi və teleaparıcısı Aleksandr Myasnikov “Rossiya-1” telekanalının efirində deyib ki, ev heyvanları allergiyaya qarşı “dərman” ola bilər.

Həkimin sözlərinə görə, itlər, pişiklər və digər ev heyvanları ilə ünsiyyətdə olan uşaqlar nəfəs alarkən heyvanların tükü və epitelilərinin hissəciklərini də udurlar. Bu minvalla onlar “allergiyadan peyvənd” olunurlar – yəni nadir  hallarda bronxial astmaya tutulurlar və allergik reaksiyaları olmur. Myasnikov deyir ki, bəzi ölkələrdə sinifləri fermalara ekskursiyaya aparırlar ki, uşaqlar  inək, keçi və ya atlarla ünsiyyətdə ola bilsinlər. Psixoloji rahatlama və düzgün tərbiyə ilə yanaşı, bu səfərlər tibbi faydaya malikdir: allergiyanın səviyyəsini azaldır.

Həkim əlavə edib ki, uşaq heyvanla birlikdə böyüyən zaman onda məsuliyyət hissi yaranır. Uşaqlar müəyyən cədvəl üzrə hərəkət etməli olurlar, bu isə onlarda intizamı artırır. Ona görə də Myasnikov valideynlərə, hətta potensial narahatlığa baxmayaraq, ev heyvanları saxlamağı məsləhət görüb.

 

Əlaqədar

Acı bibərin sağlamlığa böyük faydası var
SOS siqnalı verildi: Anomal istilərin insan orqanizminə təsirləri açıqlandı
Bronxial astma insanların həyat fəaliyyətinə təsir etməyən xəstəlik imiş
Bu yay dondurmadan qorxmaq lazımdır?
Öldükdən sonra belə, dərdlərə dərman olan canlı

Əsas mövzular