Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Göz üçün olan məlhəmin min bir faydası aşkar edilib

CC0 / Moose Photos / creamGel, arxiv şəkli
Gel, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin maz soğan, sarımsaq, şərab və öd daşlarından ibarət olub. Böyük Britaniyanın Uorika Universitetinin alimləri belə qərara gəlib ki, o antibakterial tərkibə malikdir.

BAKI, 31 iyul — Sputnik. Təxminən min il əvvəl ortaya gələn bir reseptlə yaradan təbii bir vasitə müasir tibbin qlobal problemlərindən birini həll etməyə kömək edə bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, söhbət antibiotiklərə qarşı müqavimət göstərən bakteriyalardan gedir.

Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ildə bu mikroorqanizmlərin yaratdığı və müalicəyə tabe olmayan xəstəlik 10 milyon insanın ölümünə səbəb olacaq.

Alimlər bu xəstəliklərlə mübarizə aparamaq üçün vasitələr axtramaqla yanaşı tarixi mənbələrə də baş vururlar.

Yeni araşdırmanın müəllifləri orta əsrlər traktatı "Medicinale Anglicum"u araşdırıb və orada göz mazı hazırlanmasının reseptini aşkar edib.

Həmin maz soğan, sarımsaq, şərab və öd daşlarından ibarət olub. Böyük Britaniyanın Uorika Universitetinin alimləri belə qərara gəlib ki, o antibakterial tərkibə malikdir.

Belə ki, qarışıq zərərli mikroorqanizmlərə qarşı dözümlüdür və bioörtüyü dağıtmaq gücünə malikdir.

Maz ayaqlarda diabetik infeksiyaların mülaicəsində effektiv təsirə malikdir. Tədqiqat çərçivəsində mütəxəssislər həminmhsullar marketdən alaraq ağ şərab və inəyin mədə duzundan istifadə ediblər. Nəticələr göstərib ki, məlhəm təhlükəszidir və əks təsirləri yoxdur.

Gələcəkdə elm adamları bu qarışıqla plasterlər hazırlamağı planlaşdırır.

Xəbər lenti
0