Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azalıb

© Sputnik / Alexey Maishev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 76 nəfər idi. 

BAKI, 26 iyul – Sputnik. Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.

Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 76 nəfər idi. 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296, ötən müddət ərzində isə ümumilikdə 683 548 test aparılıb.

 

Xəbər lenti
0