01:02 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (266)
3210

Rusiyalı həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir

BAKI, 12 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi bu gün Azərbaycana koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilində kömək məqsədilə Seçenov adına Birinci Moskva Dövlət Universitetinin həkimlərini göndərib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, həkimlər qrupu Bakıya Azərbaycandakı mürəkkəb epidemioloji durum ilə əlaqədar hökumətin müraciəti ilə uçub.

Həkimlər briqadasına beş mütəxəssis, o cümlədən revmatoloq, epidemioloq və pulmonoloqlar daxildir. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir. 

Seçenov Universitetinin həkimləri ilə yanaşı, Bakıya Rusiyada yaşayan və işləyən 17 könüllü həkim də gəlir. Onların sırasında Moskva, Odintsovo və Norilskdəki tibbi müəssisələrin işçiləri də var.

Rusiyalı mütəxəssislər respublikada epidemioloji siruasiyanın sabitləşdirilməsi məqsədilə Azərbaycanın tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, ölkənin xüsusi problemli bölgələrində tibbi xidmətin göstərilməsinin təşkilinə yardım edəcək, COVID-19-un ambulator və hospital mərhələlərində müalicəsinə dair təcrübələrini bölüşəcəklər.

 

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (266)

Əlaqədar

Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Trampdan peyvənd açıqlaması gəldi: “Çox tezliklə...”

Əsas mövzular