00:37 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
68410

Hazırda dünyada bir çox kişilərin stil elementinə çevrilən saqqalı qırxmağa, yaxud da daha kiçik ölçüdə saxlamağa çağırış edən #pandemiyasaqqalı trendi yayılmağa başlayıb. İnfeksionistlər iddia edirlər ki, saqqal maskanın effektini azaldır, mikrobları isə artırır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Bütün dünyada yayılan virusda saqqalın, tükün də bir vasitəçi olduğu bildirilir. Hətta qalın saqqal saxlayanların bu virusa yoluxma risklərinin çox yüksək olduğu deyilir.

Koronavirus pandemiyası dövründə demək olar ki, hər kəsin həyat tərzi dəyişdi. Bəzi adətləri gündəlik həyat tərzimizdən xaric etsək də, öncələr riayət etmədiyimiz bir çox qaydaları indi daha həssaslıqla gözləmiş olduq. Öncəkindən fərqli olaraq, indi gigiyenik qaydalara daha çox riayət edilir. Hazırda dünyada bir çox kişilərin stil elementinə çevrilən saqqalı qırxmağa, yaxud da daha kiçik ölçüdə saxlamağa çağırış edən #pandemiyasaqqalı trendi yayılmağa başlayıb. Bəzi infeksionistlər iddia edirlər ki, saqqal maskanın effektini azaldır, mikrobları artırır. Ona görə də, həkimlər maskanın təsir gücünün artırılması üçün saqqal saxlamamağı tövsiyə edirlər.

Lakin hələlik saqqalın virusu yayıb-yaymadığı tibbi cəhətdən öz təsdiqini tapmayıb. Bərbərlər isə iddia edirlər ki, saqqal nəinki virusun yayılmasına münbit şərait yaradır, əksinə, o, adamların sifətini virusdan qoruyur.

Uzun illərdir ki, bərbərlik sənətini, ayrıca saqqal və onun tarixini araşdıran bərbər Salman İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında, saqqalın virusa yoluxma riskini artırdığı barədə fikirləri tamamilə əsassız adlandırıb.

"Saqqal mikrob daşıyıcısı deyil. Oxuyub bu haqda müəyyən araşdırmalar etsələr, bunu görə bilərlər. Saqqalın özündə antiseptik maddələr var ki, bu da onu qoruyur. Saqqallı sifətlər virusdan, mikrobdan daha çox qorunur", - deyə İsmayılov bildirib.

O əlavə edib ki, bu vaxtadək saqqalın hansısa bir xəstəliyi yaydığını eşitməyib.

Əlbəttə həkim saqqalın virusu yaydığını, bərbər də virusdan qoruduğunu iddia edəcək. Çünki bunu onların peşəsi tələb edir. Tükün qoruyucu funksiyası elm tərəfindən sübuta yetirilib. Tüklər istənilən mikroorqanizmi özünə cəzb edərək saxlayır və beləcə insanın müəyyən orqanlarına mikrobların tez keçməsinin qarşısını kəsir. Amma tüklər tez-tez yuyulmadıqda, həmin mikroorqanizmlər orada özünə yuva salaraq infeksiya mənbəyinə çevrilir. Odur ki, ağız və burun boşluğunun ərtafında olan tüklər insanı xəstəliyə yoluxmaqdan uzun müddət qoruya bilmir, əksinə, bəzən elə xəstəlik mənbəyi olur.

Teqlər:
saqqal, COVID-19, Koronavirus

Əsas mövzular