CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST: Koronavirusun müalicəsinə on iki, peyvəndinə isə on səkkiz ay vaxt tələb olunur

© REUTERS / DENIS BALIBOUSEЛого ВОЗ-а, фото из архива
Лого ВОЗ-а, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi yeni tip koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə koalisiyası qarşıdakı 12 ay ərzində COVİD-19 testi, müalicəsi və peyvəndi üçün 31,3 milyard dollara ehtiyac duyulduğunu açıqlayıb.

BAKI, 27 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi yeni tip koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə koalisiyası qarşıdakı 12 ay ərzində COVİD-19 testi, müalicəsi və peyvəndi üçün 31,3 milyard dollara ehtiyac duyulduğunu açıqlayıb.

Sputnik Türkiyə-nin məlumatına görə, bu açıqlama ÜST-ün rəhbəri Tedros Gebreyesusun iştirakı ilə keçirilən videokonfrans zamanı verilib. ÜST-ün "ACT-Accelerator" proqramının xüsusi təmsilçisi Nqozi Okonci-İveala (Ngozi Okonjo-Iweala) deyib ki, aşağı və orta gəlirli ölkələrdə müayinə və müalicə üçün 12 aydan artıq, peyvəndlər üçünsə 18 ayadək vaxt tələb olunur.

Dünya Bankının sabiq rəhbərinin müavini Okonci-İveala, koalisiyanın virusla mübarizə çərçivəsində qarşıdakı 12 ay ərzində test, müalicə və peyvənd üçün 31,3 milyard dollara ehtiyacı olduğunu, lakin indiyə qədər yalnız 3,4 milyard dollar toplandığını bildirib.

Gebreyesus isə deyib ki, COVİD-19-u nəzarət altına almaq və insanların həyatını xilas etmək üçün tayı-bərabəri görülməmiş miqdarda və sürətlə təsirli peyvəndlərə, testlərə və müalicə vasitələrinə ehtiyac var.

ÜST-ün aprel ayının sonunda COVİD-19-la mübarizə çərçivəsində tibbi vasitələrlə bağlı araşdırmaların aparılması və onların inkişaf etdirilməsi üçün başlatdığı "ACT-Accelerator" təşəbbüsü 2021-ci ilin ortalarına qədər aşağı və orta gəlirli ölkələrə 500 milyon test və 245 milyon insanı əhatə edəcək müalicəni hədəf götürmüşdü.

Xəbər lenti
0