06:27 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
24830

Alimlər dünyanı lərzəyə gətirən COVID-19 virusundan ölənlər arasında kişilərin üstünlük təşkil etməsinin səbəbini, onların immun sisteminin qadınlarla müqayisədə zəif olması ilə izah edirlər.

BAKI, 26 iyun — Sputnik. Ötən ilin sonlarından etibarən bütün dünyanı bürüyən pandemiya can almaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölənlərin 57 faizini kişilər təşkil edir. Bu gün hətta bəzi ölkələrdə qadınlarla müqayisədə kişilər arasında ölüm rəqəmləri iki qat artıqdır. Məsələn, Çin və İtaliyada da qadınlarla müqayisədə COVID-19-dan kişilərin daha çox dünyasını dəyişməsi faktı qeydə alınıb. Maraqlıdır, COVID-19-dan ölüm halları niyə məhz kişilər arasında daha çox qeydə alınır?

Alimlər sübut edir ki, ümumiyyətlə, kişilərlə müqayisədə qadınların daha çox yaşaması, həmçinin də müxtəlif viruslar zamanı qadınlar arasında ölüm rəqəmlərinin daha az qeydə alınması bioloji faktla əlaqədardır. Onlar bildirir ki, qadın və kişi xromosomlarının fərqli olması ölümlərlə bağlı rəqəmlərdə qadınların daha azlıq təşkil etməsinə səbəb olub. Qadında orta ölçülü iki xromosom varsa, (müəyyən olunmuş XX xromosomu adlanır), kişidə bu yalnız X xromosomu və çox kiçik ölçüdə olan Y xromosomudur. Y xromosomu XY embrionunda testislərin inkişafına başlayaraq, embrionun kişi cinsindən olmasını təmin edir. Testislər kişi hormonlarını, hormonlar isə kişi cinsindən olan dölü formalaşdırır. SRY olmadıqda isə qadın hormonları meydanı gəlir və bu zaman döl qız cinsindən olur. Məhz bu hormonlardır ki, qadın və kişinin davranışı, xarici görünüşündə də fərqliliyə səbəb olur.

Alimlər bildirir ki, kişilərdə estrogen səviyyəsi aşağı olduğundan, onların xəstəliklərə yoluxub ölmə riski qadınlarla müqayisədə daha yüksəkdir. Lakin qadınlarda estrogen səviyyə yüksək olduğundan onlarda kişilərlə müqayisədə ölüm riski azdır. Estrogen səviyyənin fərqli olması hətta qadın və kişilərin zərərli vərdişlərə yönəlməsində də özünü göstərir. Məsələn, Çində siqaret çəkənlərin yalnız 2 faizini qadınlar təşkil edir.

Qadınlarda olan iki XX xromosomu isə kişi xromosomu ilə müqayisədə daha mükəmməldir. Hətta bu iki XX-dan bir X-ı mutasiya etdikdə digərində buffer, yəni müdafiə gücü yaranır. Lakin kişilərdə bu ehtiyat olmadığından, onlar daha tez xəstələnir, müxtəlif yoluxucu xəstəliklərə yoluxur və ölüm riski qadınlarla müqayisədə yüksək olur.

Bundan başqa, qadınlar XX-ın hər birinin də ayrılıdqa müxtəlif genetik versiyalarına sahib olmuş olurlar. Bu səbəbdən də kişilərlə müqayisədə qadınların immun sistemi daha dayanıqlıdır və mübarizdir. Alimər bildirir ki, məhz buna görə, kişilər SARS və MERS viruslarında qadınlarla müqayisədə daha zəif idi. Təsəvvür edin, bir X xromosomunda 60 immuna cavab verən gen varsa, qadınlarda bu xromosomun cütlük təşkil etməsi, yəni XX formasında olması onların immun sisteminin kişilərlə müqayisədə ikiqat özünmüdafiəyə sahib olduğunu göstərmiş olur.

Bir çox xəstəliklərin bədəndə daha tez baş qaldırması, onun şiddətlənmə dərəcəsinə, müalicə efeektivliyinə görə də bu xromosomlar mühüm rola malikdirlər.

Alimlər digər xəstəliklərdə olduğu kimi, artıq 6 aydan çoxdur ki, dünyanı lərzəyə gətirən COVID-19 virusundan ölənlər arasında kişilərin üstünlük təşkil etməsinin səbəbini də onların immun sisteminin qadınlarla müqayisədə zəif olması ilə izah edirlər. Onlar bu vəziyyətin yalnız insanlarda deyil, digər canlılarda da belə olduğunu bildirirlər. Digər erkək canlıların həyatı da dişilərlə müqayisədə daha çox riskdədir. Bu isə bir daha onu göstərir ki, digər xəstəliklərdə olduğu kimi, COVİD-19-da da xromosomlar, gen və hormonlar böyük rola malikdir.

Əsas mövzular