CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB rəsmisi: "Ailələrdə böyüklərdə test mənfi, uşaqlarda müsbət çıxır"

© Sputnik / Murad OrujovДети играющие в футбол на одной из улиц в Баку
Дети играющие в футбол на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Buna görə xahiş edirik ki, həyətlərdə uşaqların oynamasına diqqət etsinlər. Onlar evə gələrkən əllərinin gigiyenasına fikir versinlər".

BAKI, 25 iyun — Sputnik. "Uşaqlar özləri də bilmədən koronavirusun ötürücüsü ola bilərlər". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, ona görə də valideynlər uşaqların bayırdan evə gələrkən gigiyenasına diqqət yetirməlidirlər: "Yaşından asılı olmayaraq, hər kəs bu məsuliyyəti dərk etməlidir. Elə ailələr var ki, böyüklərdə test nəticəsi neqativ olsa da, uşaqlarda pozitiv çıxır. Buna görə xahiş edirik ki, həyətlərdə uşaqların oynamasına diqqət etsinlər. Onlar evə gələrkən əllərinin gigiyenasına fikir versinlər.

Sevindiricidir ki, bəzi vətəndaşlarımız xəstəliyin çox ciddi fəsadlara səbəb olduğunu dərk edib ciddi yanaşırlar. Bununla belə, məsuliyyətli vətəndaşlardan məlumatlar daxil olur ki, bəzi insanlar məhəllədaxili küçələrdə toplaşıb, maskadan istifadə etmirlər. Parklar açıq olsa da, vətəndaşlar məsuliyyətli yanaşmalıdırlar. Əks halda biz qapanmadan arzu olunan nəticəni əldə edə bilmərik. Xahiş edirəm ki, qaydalara riayət edək".

Xəbər lenti
0