21:04 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (319)
20 0 0

Azərbaycanda indiyədək 12 729 nəfər koronavirusa yoluxub, onlardan 6 799-u sağalıb, 154-ü vəfat edib

BAKI, 22 iyun – Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 5 776 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 165 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, dünən 4 947 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 422 049 test aparılıb.

Xatırladaq ki, dünən Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxub, 283 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Ölkədə indiyədək 12 729 nəfər koronavirusa yoluxub, onlardan 6 799-u sağalıb, 154-ü vəfat edib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (319)

Əsas mövzular