CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə dərmansız qalan COVID xəstələri və apteklərə söz deyə bilməyən TƏBİB: kim qazanacaq?

© Depositphotos.com / Elnur_Мужчина во время ингаляции над паром
Мужчина во время ингаляции над паром  - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz sahibkarlara müraciət etmişik ki, ev şəraitində müalicəsi mümkün olan dərmanların gətirilməsini təmin etsinlər" - Yaqut Qarayeva

BAKI, 20 iyun — Sputnik. Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri dərman tapa bilmirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, koronavirus xəstələrinin müalicəsində müəyyən qədər effektli olan bəzi dərman preparatlarının qıtlığı müşayiət olunur: "Biz sahibkarlara müraciət etmişik ki, ev şəraitində müalicəsi mümkün olan dərmanların gətirilməsini təmin etsinlər. Lakin bu, səlahiyyətimizdə olan məsələ deyil. Biz apteklərin fəaliyyətinə müdaxilə edə bilmərik".

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə qeyd edib ki, koronavirusdan evdə müalicə alan insanlar SMS-lə küçəyə çıxa bilməyəcəklər. O buna nəzarət etməyin heç də çətin olmadığını vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabineti iyunun 12-də  “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərar verib.

Bakıda boş küçə - Sputnik Azərbaycan
SƏHİYYƏ
İki günlük evə qapanma heç bir nəticə verməyib - Rəsmi

Qərara görə, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydalara uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətləri dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.

Bu Qaydalarda nəzərdə tutulan şəxslərin yaşadıqları və ya olduqları yer üzrə təcrid olunması yoluxucu xəstəliklərin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, artıq asimptomatik COVID-19 xəstələri də evdə müalicə olunacaqlar.

Xəbər lenti
0