CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ailəiçi yoluxmalar artır

© REUTERS / AGUSTIN MARCARIANМужчина держит в руках тесты на коронавирус
Мужчина держит в руках тесты на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
"Son həftə ərzində koronavirus testi pozitiv çıxan aktiv xəstə sayından əlavə, bir o qədər xəstəxanada yatan koronavirus testi neqativ çıxan və ya çıxmayan ağır pnevmoniya xəstələrimiz var"

BAKI, 20 iyun — Sputnik. "Xəstəxanada yatan, koronavirus testi neqativ çıxan və ya çıxmayan ağır pnevmoniya xəstələrimiz var". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: "Son həftə ərzində koronavirus testi pozitiv çıxan aktiv xəstə sayından əlavə, bir o qədər xəstəxanada yatan koronavirus testi neqativ çıxan və ya çıxmayan ağır pnevmoniya xəstələrimiz var. ÜST-ün qərarına əsasən, həmin şəxslər xəstəxanalarda müalicə olunurlar. Kliniki olaraq koronavirus əlamətləri görünürsə, o xəstələr koronavirus xəstələri kimi qəbul edilirlər".

Yaqut Qarayeva deyib ki, iki həftə sonu evə qapanma dövründə insanlar narıncı zonadan yoluxma az olan regionlara gediblər: "Bu isə həmin ərazilərdə yoluxmanı artırıb. Çünki o regionlardan çoxsaylı müraciətlər olurdu. Mənim özümün də tanıdığım yaxın ailələrdə yoluxma olub. Ailəiçi yoluxma aşkarlanıb. Son həftələrdə baş verən yoluxmalar əsasən ailəiçi yoluxmalardır".

Xəbər lenti
0