CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neqativ testlərin cavabı nə üçün gecikir?

© AP Photo / Alessandra TarantinoТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Pozitiv nəticənin tez açıqlanması, neqativ nəticənin isə bəzən bir neçə günə açıqlanması isə insanlarda müəyyən stressə, gərginliyə səbəb olur

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda COVID-19 xəstəliyinə yoluxanların sayı artıq 11 minə çatıb. Gündəlik yoluxma rəqəmi 330+ olaraq qeydə alınır. Ölənlərin sayı isə artıq 140-a yaxınlaşıb. Belə olan halda, bir çox şəxslər kiçik narahatlığa görə də COVID-19-un olub-olmamasını müəyyənləşdirmək üçün test verirlər. Pozitiv nəticənin tez açıqlanması, neqativ nəticənin isə bəzən bir neçə günə açıqlanması isə insanlarda müəyyən stressə, gərginliyə səbəb olur.

"Neqativ nəticələrin gec açıqlanmasının səbəbi nədir, bu testlər necə yoxlanılır?" sualına cavab olaraq COVID-19 xəstələrinin müalicəsində iştirak etmiş Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün nəticələr eyni anda yoxlanılır: “Tutaq ki, bu gün yoxlanılan 50 testin nəticəsi eyni anda bəlli olur, bütün nəticələr TƏBİB-ə göndərilir. TƏBİB-də bu işlə məşğul olan xüsusi qrup şifrə əsasında test verən şəxslərin kimliyini müəyyənləşdirir”.

“Neqativ testlərin cavabının gecikməsinin səbəbi işlərin çox olmasına bağlıdır. Bu səbəbdən bu prosesi çatdıra bilmirlər. Amma test vermisiniz və cavab gözləyirsinizsə, sizə iki-üç gün ərzində cavab gəlməzsə, deməli, nəticəniz neqativdir”, - deyə Ə.Rüstəm əlavə edib.

 

Xəbər lenti
0