CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus testlərinin qiyməti bəlli oldu

© AP Photo / David ZalubowskiТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək Azərbaycanda ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib

BAKI, 18 iyun — Sputnik. “Hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, ölkədə test ehtiyatı kifayət qədərdir: “Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Alınan bütün testlər Almaniya istehsalıdır. Testin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil”.

Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 6100 koronavirus testi aparılıb.

Xəbər lenti
0