CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrünün sonunadək səninlə - COVID-dən sağalan xəstə müavinətə ümid edə bilərmi?

© AFP 2023 / DANIEL JANINРентген легких, фото из архива
Рентген легких, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Tamamilə sağlam toxumanın bütünlükdə fibrozlaşması gedərsə, bu zaman xəstənin yaşama şansı azalır. Elə indiki halda itirdiyimiz xəstələr arasında belə hallarla da rastlaşırıq” - Natiq Əliyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Koronavirusa yoluxan bəzi xəstələrin ağciyərlərində fibroz dəyişikliklər, toxumalar əmələ gəlir. Yəni xəstələr COVID-19-da sağaldıqdan sonra da bunlar onların ciyərlərində qalır və insan faktiki olaraq normal, sağlam həyat tərzi keçirə bilmir.

Bəs bu hal COVID-19-dan sağalan, lakin normal həyat tərzi sürə bilməyən şəxslərin əlil hesab edilməsinə səbəb ola bilərmi?

COVID-19 xəstələrinin müalicəsində ilk gündən yaxından iştirak edən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev Sputnik Azərbaycan-a bu haqda danışıb: “Hər koronaviruslu xəstənin ağciyərində fibrozun yaranacağı ilə bağlı düşüncə yanlışdır. Bu, xəstəliyin ağırlıq dərəcəsi, COVID-19-un ağırlıq yükü, ağciyərlərdəki vəziyyət və yanaşı xəstəliklərdən asılıdır. Ümumiyyətlə, fibroz dedikdə ağciyər toxumasının sərtləşməsi nəzərdə tutulur. Ağciyər toxumasının sərtləşməsi fibrozun yayılma dərəcəsinə görə də ola bilər. Belə oduqda kliniki gedişat fərqli ola bilər. Fibrozun ağırlıq və təhlükəlilik dərəcəsi də bundan asılıdır. Yəni tamamilə sağlam toxumanın bütünlükdə fibrozlaşması gedərsə, bu zaman xəstənin yaşama şansı azalır. Elə indiki halda itirdiyimiz xəstələr arasında belə hallarla da rastlaşırıq”.

© Photo : Facebook / Natiq ƏliyevMərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev
Ömrünün sonunadək səninlə - COVID-dən sağalan xəstə müavinətə ümid edə bilərmi? - Sputnik Azərbaycan
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev
“Lakin "hər bir fibroz xəstəsi öləcək, yaxud ağır olacaqmı?" sualına cavab olaraq isə deyim ki, bu düşüncə də yanlışdır. Çünki tutduğu sahədən asılı olaraq fibroz xəstədə ömrünün sonuna qədər də qala bilər. Ölümə səbəb olan əsas amil isə alveollarda sərtləşmə getdiyi zaman qan damarlarında olan oksigenin toxumalara diffuziyasının pozulmasıdır. Bunun da nəticəsində ölüm halları baş verə bilir”, - deyə N.Əliyev əlavə edib.

İnfeksionist bildirir ki, toxumanın bəlirli hissəsi zəbt olunduqda, digər hissə isə həyati funksiyasını saxladıqda xəstə ağırlaşa, ölə bilər deyə həkimlər bir şey deyə bilmirlər.

Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Daha effektiv deyil – Koronavirus əleyhinə olduğu deyilən dərman ümidləri qırdı
 İntersisial ağciyər xəstəlikləri adlanan bir qrup xəstəliklər var ki, bu xəstələrdə fibroz toxumalar əmələ gəlir. Normal insanlarda saturasiya 95+ olursa, belə şəxslər o qədər uzun ömürlü olmasalar da, ömürlərinin sonunadək onların saturasiyası 80+ olur və özlərini rahat hiss edirlər”.

Həkim bu xəstələrə əlillik dərəcəsinin verilib-verilməməsi məsələsinə də öz fikrini bildirib: “Qaldı ki bu şəxslərə əlillik dərəcəsinin verilməsinə, həkim olaraq bunu düzgün hesab etmirəm. Çünki əlillik doğuşdan yaranan, iş qəzasında xəsarət alan şəxslərə verilir. Lakin şəxsən, pandemik bir dövrdə bu cür xəstələrin hər birinə əlillik dərəcəsinin veriləcəyini məntiqli hesab etmirəm”.

Pulmonoloq Əsəd Beydullayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, bu xəstəlik ağciyəri zədələyə bilsə də, onların arasında çox cüzi faiz ola bilər ki, ağırlaşmadan sonra fibroz əmələ gəlsin:

“Fibroz toxuma yarandıqda isə bu problem qala bilər. Bu şəxslərə əlillik verilib-verilməyəcəyinə isə vəziyyətdən asılı olaraq həkim komissiyası qərar verə bilər. Düşünürəm ki, bu zaman xəstənin tənəffüs və ağciyər səthinin nə qədər zədələnməsi nəzərə alınacaq”.

“Fibroz ağciyər toxumasının ölməsi deməkdir. Bu nə qədər çox olsa, xəstənin əmək qabiliyyəti bir o qədər çox itəcək. Tək bu xəstəlikdə yox, adi qripdə də insanların sonradan ağırlaşması ola bilər. O cümlədən də astma xəstələrində də. Bütün astma xəstələri əlillik almırlar. Belə xəstələrə də yəqin ki, eyni yanaşma olacaq”, - deyə Ə.Beydullayev əlavə edib.

Xəbər lenti
0