Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha effektiv deyil – Koronavirus əleyhinə olduğu deyilən dərman ümidləri qırdı

© AFP 2023 / PHILIP FONGТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın FDA tibbi tənzimləyicisi də xloroxin və hidroksixloroxin preparatlarını COVID-19-un müalicəsi üçün icazə verilən dərmanlar siyahısından çıxarıb.

BAKI, 18 iyun – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı malyariya əleyhinə hazırlanan hidroksixloroxinin koronavirus əleyhinə sınaqlarını dayandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu müstəqil ekspert Anna Mariya Restrepo bildirib.

Лаборатория, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

Restrepo elan edib ki, dərmanın sınaqlarının dayandırılması qərarı üç parametr əsasında qəbul edilib. Bura ÜST-nin dərmanla bağlı məlumatları və Böyük Britaniyada keçirilən testlər daxildir. ÜST ekspertləri artıq dərmanın sınaqlarının dayandırılması prosesini işə salıblar.

Bundan əvvəl ABŞ-ın FDA tibbi tənzimləyicisi də xloroxin və hidroksixloroxin preparatlarını COVID-19-un müalicəsi üçün icazə verilən dərmanlar siyahısından çıxarıb.

Qeyd edən ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp koronovirusdan qorunmaq üçün hidroksixloroxin qəbul etdiyini açıqlamışdı. Amma bir çox araşdırmalar onun effektiv olmadığını göstərmişdi. Tramp isə bu araşdırmaların nəticəsini tənqid etmişdi.

Xəbər lenti
0