16:24 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
55610

“Bəzən belə yanlışlıqlar olur. Laboratoriyada analizlər kodlaşdırılır və TƏBİB-ə göndərilir. Bəzən bir kod altında olan analiz nəticəsinin neqativ olduğu açıqlanır və sonradan bir yanlışlığın olduğu, nəticələrin səhv salındığı bəlli olur” - Ədalət Rüstəm

BAKI, 17 iyun — Sputnik. 22 gündür ki, COVID-19 xəstəliyindən müalicə alan xəstənin (adını etik səbəblərdən açıqlamırıq – red.) xəstəxanadaykən verdiyi 3-cü testin nəticəsi pozitiv çıxıb və bununla əlaqədar artıq xəstəyə neçənci dəfədir ki, Təcili Tibbi Yardımdan zəng edilərək, onun adının sistemdə yeni olduğunu bildiriblər. 

22 gündür xəstəxanada yatan xəstənin adı sistemə necə yeni xəstə kimi daxil edilə bilər? Xəstənin adının artıq neçənci dəfə sistemə yenidən yeni xəstə kimi əlavə edilməsi təsadüf ola bilərmi?

Azərbaycan Tibb Universitetinin dosenti, həkim Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq məsələyə aydınlıq gətirib: “Hər gün mindən artıq yoluxma faktı qeydə alınır. Yəni, hər gün azı min testin nəticəsi pozitiv olur. Çünki əlamətləri olmayan, xəstəxanalara aparılmayan pozitiv xəstələr var və bu şəxsləri statistikaya əlavə etmirlər".

"Hər gün Azərbaycanda 6-7 min şübhəli şəxsə diaqnostik test edilir. Rəsmi məlumatlara görə, son günlərdə 330-380 aralığında yoluxmuş xəstələr COVID-19 stasionarlarına qəbul edilir. Yüngül və asimptomatik xəstələrin dəfələrlə çox olduğunu nəzərə almalıyıq. Nazirlər Kabinetinin COVID-19 xəstələri ilə bağlı son qərarına görə, onlar evlərdə təcrid və müalicə olunurlar. Bununla da COVID-19 pozitiv xəstələrin sayının 1000-2000 və daha çox olduğunu söyləməyə əsaslar yaranır", - deyə Ə.Rüstəm əlavə edib.

Onun sözlərinə görə, xəstə sayının çoxalması laboratoriyaların yüklənməsinə səbəb olub: "Bu çox böyük rəqəm olduğundan laboratoriyalar yüklənib və birdən-birə bu işin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən olur ki, bəzən cavablar 5-6 günə də çıxır. Bir xəstənin nəticəsinin yenidən pozitiv olması və onun yeni xəstə kimi qeydə alınması da ancaq bununla, işlərin çoxluğu və sistematik problemlə əlaqədar ola bilər”.

“Bəzən belə yanlışlıqlar olur. Laboratoriyada analizlər kodlaşdırılır və TƏBİB-ə göndərilir. Bəzən bir kod altında olan analiz nəticəsinin neqativ olduğu açıqlanır və sonradan bir yanlışlığın olduğu, nəticələrin səhv salındığı bəlli olur”, - deyə Ə.Rüstəm əlavə edib.

Əsas mövzular