Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha üç xəstəxana COVİD-19-a mübarizə üçün ayrıldı

© AP Photo / Ng Han GuanБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb.

BAKI, 17 iyun – Sputnik. Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları COVİD-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib.

Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
“Semaşko” tam olaraq koronaviruslu xəstələrə ayrıldı - RƏSMİ

Onun sözlərin görə, həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb: "Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki həkim tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək".

Direktor xəstəxanada COVİD-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: "Göyçay xəstəxanasında 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən, 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əməkhaqlarını alacaqlar, ixtisar olmayacaq".

Xəbər lenti
0