17:40 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
182310

Yeni xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.

BAKI, 17 iyun — Sputnik. Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Kliniki Tibbi Mərkəz pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər",- məlumatda bildirilib.

Əsas mövzular