Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qəhrəmanlığınızın şahidi olduq – Mehriban Əliyevadan paylaşım

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Мехрибан Алиева дала интервью агентству ТАСС, телеканалу Россия-24, Российской газете
Первый вице-президент Мехрибан Алиева дала интервью агентству ТАСС, телеканалу Россия-24, Российской газете - Sputnik Azərbaycan
Abunə olmaq
"Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi" - Birinci vitse-prezident

BAKI, 17 iyun – Sputnik. Birinci Vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə tibb işçilərinin peçə bayramı ilə bağlı paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Sputnik Azərbaycan xəbər verir ki, Mehriban Əliyeva özünün “Facebook” səhifəsində yazıb: “Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”

 

Xəbər lenti
0