22:45 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (317)
8838 0 0

Peyvəndin hazırlanması Oksford Universiteti ilə birlikdə həyata keçirilir. Və artıq insanlar üzərində sınanmağa başlanıb

BAKI, 16 iyun — Sputnik. "AstraZeneca" dərman şirkəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yaratdığı COVID-19 peyvəndi barədə məlumat verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şirkətin rəhbəri Paskal Soriot bildirib ki, peyvənd bir il müddətinə insanı qoruyacaq.

Peyvəndin hazırlanmasına Fransa, Almaniya, İtaliya, İngiltərə, ABŞ və Hollandiya ilə müqavilə bağlanaraq başlanılıb.

Peyvəndin hazırlanması Oksford Universiteti ilə birlikdə həyata keçirilir. Və artıq insanlar üzərində sınanmağa başlanıb.

P.Soriot vurğulayıb ki, şirkət 400 milyon doza peyvənd hazırlamağı planlaşdırır.

"Əgər hər şey qaydasında olsa, avqust və sentyabr aylarında testlərin kliniki nəticələri müəyyən olacaq. Bununla paralel olaraq, istehsala başlayacağıq. Əgər hər şey planlandığı kimi olarsa, oktyabr ayından peyvənd paylanılmağa başlanacaq", - o bildirib.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (317)

Əlaqədar

Bioloq koronavirusun gizli əlamətlərindən danışdı – Təhlükə var
Koronavirusun ilk dalğası nə vaxt bitir?
İrəliləyiş var! Koronavirus dərmanının ilk partiyası Rusiya xəstəxanalarına verilib
Koronavirus mutasiya etdikcə daha təhlükəli olur
Pekin yenidən sarsıdıcı xəbərlə silkələnir – Koronavirus paytaxta qayıtdı

Əsas mövzular