05:22 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (178)
723810

"Yalnız ağırlaşmalar olduqda, xəstəlik ağciyərlərə daxil olduqda intensiv müalicə aparılır. Qalan halda xəstələr karantin və stasionar xidmətə götürülür" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. "Qızdırmalı xəstələrdən yalnız qan nümunələri götürülür deyəndə, əslində qızdırmalı xəstələr də karantinə götürülürlər. Çünki COVID-19 ilə bağlı spesifik müalicə üsulu yoxdur.

 Burada yalnız simptomatik müalicə var. Adətən belə olan hallarda vitaminterapiya, immun sisteminin möhkəmlənməsi, mümkün qədər virusun orqanizmdə geniş yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Yalnız ağırlaşmalar olduqda, xəstəlik ağciyərlərə daxil olduqda intensiv müalicə aparılır. Qalan halda xəstələr karantin və stasionar xidmətə götürülürlər". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında tibb üzrə ekspert Adil Qeybulla deyib.

Bundan başqa, bu gün xəstəxanaların laboratoriyalarında nəticələrin gec çıxması da xəstələrdə narahatlıq yaradır. Maraqlıdır, bu problem nədən qaynaqlanır və mövcud durum ümumiyyətlə laboratoriyaların işini iflic edə bilərmi? Laboratoriyalar tələblərə cavab verirmi?

Ekspert bu suala da aydınlıq gətirərək bildirib ki, Azərbaycanda kart testlər və virusu identifikasiya edən aparatlar, bu işlə məşğul olan mütəxəssislər var: "Bu say, ola bilər ki, yetərincə olmasın, amma mütəxəssislərimiz var. Laboratoriyadakı duruma gəldikdə isə, bunu ümumi bilirəm. Bu gün özəl xəstəxanaların laboratoriyaları da kifayət qədər inkişaf edib. Son vaxtlar dövlət xəstəxanalarının təmiri zamanı da buraya yeni avadanlıqlar gətirilib".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (178)

Əlaqədar

Bakının bu əraziləri təhlükəlidir: koronavirusla bağlı yeni rəqəmlər açıqlandı
Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı
Böyük irəliləyiş: 10 manatlıq dərmanla bütün dünyanı xilas edəcəklərini deyirlər
Ağır statistika: Daha dörd nəfəri mənfur xəstəlikdən itirdik
Millət vəkilindən xəstəxanalarda yer probleminə çarə: "Buraxın evə"

Əsas mövzular